Rusiya ləğv edilən dünya çempionatına görə təzminat tələb edir

Rusiya ləğv edilən dünya çempionatına görə təzminat tələb edir

Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Fanat.Az xəbər verir ki, ruslar ləğv edilmiş dünya çempionatına görə 80 milyon dollar məbləğində təzminat tələb edib.

Bu barədə qurumun baş katibi Aleksandr Yaremenko məlumat verib. O, TASS-a bildirib ki, hüquqşünasların əmək haqlarının ödənilməsindəki problemlərlə əlaqədar hüquqi dəstək almaq elə də asan deyil: "Ödənişləri köçürə bilmirik. Bu məsələlərin həll edirik".

Rusiya ləğv edilən dünya çempionatına görə təzminat tələb edir

Martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxiləsinə görə 2022-ci il dünya çempionatını Rusiyada keçirməmək barədə qərar qəbul edib.

Qeyd edək ki, dünya çempionatı 26 avqust-11 sentyabrda Rusiyanın10 şəhərində – Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər