Rusiya klubunun futbolçusu "Sumqayıt"da

Rusiya klubunun futbolçusu "Sumqayıt"da

Bu gün Antalyaya yollanmağa hazırlaşan "Sumqayıt"ın düşərgəsinə baxışa iki futbolçu gələcək.

Fanat.Az xəbər verir ki, iranlı futbolçularla yanaşı Vaqif Cavadovla Amit Quluzadəni itirən "Sumqayıt"ın bu boşluqları necə dolduracağı maraqla gözlənilir. Samir Abasov Antalyada iki futbolçunu gözdən keçirəcək.

Həmin futbolçulardan biri azərbaycanlı futbolsevərlərə tanışdı. Sergey Çernışov bir vaxtlar U-19 millimizdə və "Rəvan"da çıxış edib. Abasovun sərəncamına gələcək digər futbolçu isə Fərhad Qıstarovdu. Rostov təmsilçisi "SKA-Rostov"un yetirməsinin 24 yaşı var və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər