Moskva "Spartak"ı qış fasiləsində 6 futbolçusunu yola salmağı planlaşdırır. Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun göndərmək istədiyi oyunçular arasında Aleksandr Səmədov da var. Azərbaycan əsilli yarımmüdafiəçinin durumu baş məşqçi Oleq Kononovun qane etmir. "Spartak"ın yetirməsi olan Səmədov müxtəlif illərdə Moskvanın "Lokomotiv", "Dinamo" kimi klublarının formasını geyinib. Rusiya millisində 53 oyun keçirən Saşa 7 qol vurub. 34 yaşlı futbolçu DÇ-2018-dən sonra milli karyerasına son qoyub.
Fanat.Az