Rumınlar "Neftçi"ni darmadağın etdi

Rumınlar "Neftçi"ni darmadağın etdi
Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” ardıcıl ikinci yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, dünən Kiyev “Dinamo”su ilə qarşılaşan komanda bu dəfə rumınlarla üz-üzə gəlib.
Baş məşqçi Böyükağa Hacıyev yetirmələrini Rumıniyanın "Botoşani" klubu ilə oyunda sınayıb. Matç rumınların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
 
"Botoşani" klubu 2001-ci ildə yaradılıb. 2003/04 mövsümündə 3-cü, 2012/13 mövsümündə 2-ci liqanın qalibi olan komanda Liqa 1-ə vəsiqə qazanıb. Güclülər dəstəsində ilk mövsümü keçirən və 8-ci olan komandaya Leontin Qrozavu başçılıq edir. "Botoşani"nin heyətində Makedoniya, ABŞ və Hollandiyadan legionerlər çıxış edir.
Qeyd edək ki, Avstriyadakı ilk oyununda Kiyev "Dinamo"su ilə sülh bağlayan (2:2) "Neftçi" Boluda 3 oyun keçirib. Gürcüstanın "Çixura" klubuna bir dəfə uduzub (2:3), bir dəfə heç-heçə edən (1:1) "ağ-qaralar" Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" komandasına qalib gəlib - 3:1.
Yoxlama oyunu
4 iyul
Neftçi (Azərbaycan) - Botoşani (Rumıniya) 0:3
Neftçi: Emil Balayev, Elvin Yunuszadə, Elvin Bədəlov, Emin Mehdiyev, Məqsəd İsayev, Erik Ramos, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Samir Məsimov, Elşən Abdullayev, Ruslan Qurbanov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər