Ronaldu anasının səhhətindəki problemlə əlaqədar olaraq Portuqaliyaya yollanıb

Ronaldu anasının səhhətindəki problemlə əlaqədar olaraq Portuqaliyaya yollanıb
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu təcili olaraq Portuqaliyaya yola düşüb.
Fanat.Az xəbər verir ki, Ronaldu anası Doloreşin insult keçirməsi ilə əlaqədar olaraq Madeyraya yollanmaq qərarına gəlib. Martın 4-də "Yuventus" İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Milan"la qarşılaşmalıdı. Buna baxmayaraq, portuqaliyalı futbolçu İtaliyanı tərk edib.
TV1-in məlumatına görə, Ronaldu Bakı vaxtı ilə saat 20:00-da Madeyraya çatacaq. Qeyd edək ki, Doloreş hazırda həkim nəzarəti alında müalicə alır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər