Ronaldo Messinin rekordunu qırır

Ronaldo Messinin rekordunu qırır

Kriştiano Ronaldo daha bir rekordu ələ keçirməyə hazırlaşır. Fanat.az xəbər verir ki, uğurlu mövsüm keçirən "Real"ın ulduzu Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri ola bilər. 

Ronaldo bu mövsüm turnirdə keçirdiyi 7 oyunda 13 qol vurub. Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri isə Lionel Messidi. O, 2011/12 mövsümündə 14 qol vurub. Ronaldo bu gün "Borussiya"nın qapısına yol tapsa, argentinalı rəqibinin rekorduna şərik oolacaq.

Qeyd edək ki, Çempionlar Liqasından əvvəl keçirilən Avropanın bir nömrəli klub turniri Çempionlar Kubokunda da rekord 14 qoldu. Belə ki, 1962/63 mövsümündə 14 qol vuran "Milan"ın sabiq ulduzu Jose Altafini ilə Messi eyni rekordun sahibidi. Ronaldo cari mövsümdə 14 qolluq həddi aşsa, Avropanın bir nömrəli klub turnirinin ən yaxşı bombardiri olacaq.

Onu da qeyd edək ki, Ronaldo Çempionlar Liqasının 100-lər klubuna düşməyə hazırlaşır. Portuqaliyalı ulduz "Borussiya" ilə matçda meydana çıxsa, turnirdə 71-ci oyununu keçirəcək. Ronaldo 99 oyunda 63 qola imza atıb. O, bu göstərici ilə Çempionlar Liqasında ən çox fərqlənmiş Raul (71 qol) və Messidən geri qalır (67).

Çempionlar Liqasının bombardirləri

Mövsüm

Futbolçu

Komanda

Qol

1992/93

Romario

PSV

7

1993/94

Ronald Koeman

Barselona

8

1994/95

George Vea

PSJ

7

1995/96

Hari Litmanen

Ayaks

9

1996/97

Milinko Pantiç

Atletiko

5

1997/98

A.Del Pyero

Yuventus

10

1998/99

Şevçenko-Yorke

Dinami K-Mançester Y

8

1999/00

Jardel-Raul-Rivaldo

Portu-Real-Barselona

10

2000/01

Andrey Şevçenko

Milan

9

2001/02

Ruud van Nistelrooy

Mançester Yunayted

10

2002/03

Ruud van Nistelrooy

Mançester  Yunayted

12

2003/04

Fernando Moryentes

Monako

9

2004/05

Ruud van Nistelrooy

Mançester  Yunayted

8

2005/06

Andrey Şevçenko

Milan

9

2006/07

Kaka 

Milan

10

2007/08

Kriştiano Ronaldo

Mançester  Yunayted

8

2008/09

Lionel Messi

Barselona

9

2009/10

Lionel Messi

Barselona

8

2010/11

Lionel Messi

Barselona

12

2011/12

Lionel Messi

Barselona

14

2012/13

Kriştiano Ronaldo

Real

12

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər