Ronaldo Messinin rekordunu qırdı

Ronaldo Messinin rekordunu qırdı

Kriştiano Ronaldo daha bir rekord qırıb. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduz Çempionlar Liqasının tarixində ən yaxşı bombardir olub.

Belə ki, Ronaldo "Bavariya" ilə oyunda cari mövsümdə turnirdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bu isə Çempionlar Liqası tarixinin rekordudu. Bundan əvvəl rekord Lionel Messiyə məxsus idi. O, 2011/12 mövsümündə 14 dəfə fərqlənərək ən məhsuldar bombardir olmuşdu. Ronaldo "Borussiya" ilə ilk oyunda 14-cü qolunu vuraraq Messiyə şərik olmuşdu. "Bavariya" ilə cavab matçın 34-cü dəqiqəsində o, argentinalı rəqibini geridə qoyub. 90-cı dəqiqədə isə portuqaliyalı öz rekordunu yaxşılaşdırıb.

Qeyd edək ki, turnir Çempionlar Liqası adlanmazdan əvvəl - Çempionlar Kuboku adlananda da ən yaxşı bombardir 14 dəfə fərqlənə bilmişdi. Belə ki, "Milan"ın unuduzmaz futbolçularından Joze Altafini 1962/63 mövsümündə rəqib qapıçıları 14 dəfə meydanın mərkəzinə dəvət etmişdi.

Ronaldo Çempionlar Liqasında indiyədək 102 oyun keçirib və 66 qol vurub. O, qol sayına görə Raul (71) və Messidən (67) geri qalır. Portuqaliyalı ulduz finalda 1 qol vursa, "Barselona"lı həmkarına çatacaq.

1992/93

Romario

PSV

7

1993/94

Ronald Koeman

Barselona

8

1994/95

George Vea

PSJ

7

1995/96

Hari Litmanen

Ayaks

9

1996/97

Milinko Pantiç

Atletiko

5

1997/98

A.Del Pyero

Yuventus

10

1998/99

Shevçenko-Yorke

Dinamo K-M.Y.

8

1999/00

Jardel-Raul-Rivaldo

Portu-Real-Barselona

10

2000/01

Andrüy Şevçenko

Milan

9

2001/02

Ruud van Nistelrooy

Mançester Y.

10

2002/03

Ruud van Nistelrooy

Mançester Y.

12

2003/04

Fernando Moryentes

Monako

9

2004/05

Ruud van Nistelrooy

Mançester Y.

8

2005/06

Andrey Şevçenko

Milan

9

2006/07

Kaka 

Milan

10

2007/08

Kriştiano Ronaldo

Mançester Y.

8

2008/09

Lionel Messi

Barselona

9

2009/10

Lionel Messi

Barselona

8

2010/11

Lionel Messi

Barselona

12

2011/12

Lionel Messi

Barselona

14

2012/13

Kriştiano Ronaldo

Real

12

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər