Ronaldo 79 illik rekordu qırdı

Ronaldo 79 illik rekordu qırdı
2014/15 mövsümünə yaxşı başlayan və La Liqadakı 10 matçda 17 qol vuran Kriştiano Ronaldo daha bir rekorda imza atıb. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduz 79 illik rekordu qırıb.
Belə ki, Lanqara 1935/36 mövsümündə La Liqanın ilk 10 turunda 16 qola imza atmışdı. Ronaldo son matçda 17-ci qolunu vuraraq bu rekorda sahib çıxıb.
Portuqaliyalı futbolçu bundan əvvəlki illərdə 5 (2009/10 mövsümü), 11 (2010/11), 10 (2011/12), 11 (2012/13) və 8 (2013/14) qola imza atmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər