Roberto Mançini rəsmən "Qalatasaray"da

Roberto Mançini rəsmən "Qalatasaray"da
Fatih Terimin "Qalatasaray"dan gedişindən sonra klub rəhbərliyi yeni baş məşqçi ilə anlaşıb. Fanat.az xəbər verir ki, "sarı-qırmızılı" kluba bundan sonra Roberto Mançini rəhbərlik edəcək.
Artıq İstanbul təmsilçisi bu barədə birjaya da məlumat verib. Mançini "Qalatasaray"da 2013/14 mövsümü üçün 3.5 mln avro, 2014/15 və 2015/16 mövsümləri üçün isə 4.5 mln avro qazanacaq. 
Əgər "Qalatasaray" Mançininin başçılığı altında Türkiyə Super Liqasının qalibi olarsa və Çempionlar Liqasına vəsiqə qazanarsa, əlavə olaraq italyan mütəxəssisə 300 min avro ödəniləcək.
İtalyan mütəxəssis imza mərasiminin ardından mətbuata bunları bildirib: "Qalatasaray"ı seçməyimin səbəbi fərqli bir klub və böyük ailə olmasıdı. Komandayla ilk matçımı "Yuventus"a qarşı keçirəcəm. İlk matçımı italyan klubuna qarşı keçirməyim təsadüfdü, amma gözəldi. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər