Roberto Mançini "Qalatasaray"dan getdi - son dəqiqə

Roberto Mançini "Qalatasaray"dan getdi - son dəqiqə

"Qalatasaray" Roberto Mançini ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, italyan mütəxəssisin ötən ilin 1 oktyabrında imzalanan müqaviləsi öz istəyi ilə vaxtından əvvəl pozulub. Tərəflər arasındakı anlaşmaya əsasən Mançiniyə 2013/14 mövsümünün sonunadək olan maaşı xaricində heç bir təzminat ödənməyəcək. "Qalatasaray" baş məşqçiyə təşəkkür edib.

Qeyd edək ki, dünən prezident Ünal Aysalla Mançini arasında təxminən 3 saat davam edən görüş baş tutmuşdu. Görüşdən sonra italyan mütəxəssisin "Qalatasaray"da qalmağa qərar verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Onu da qeyd edək ki, Türkiyə mətbuatı "Qalatasaray"ın baş məşqçi postunra 3 namizədin olduğunu iddia edir: Mirça Luçesku, Erik Gerets, Mustafa Dənizli.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər