Reynaldonu meydandan qovan hakim “Qəbələ”nin oyununda

Reynaldonu meydandan qovan hakim “Qəbələ”nin oyununda

Avropa Liqası III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Apollon" - "Qəbələ" matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, Cənubi Kiprdə baş tutacaq matç ukraynalı hakimlərə tapşırılıb.

Oyunu Sergey Boyko idarə edəcək. Ona Aleksandr Korniyko və Vladimir Volodin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru Almaniyadan Yogen Ştrigel, UEFA nümayəndəsi isə İsraildən Ronen Herşo olacaq.

Qeyd edək ki, Sergey Boyko Azərbaycana yaхşı tanışdı. Belə ki, ukraynalı, iyulun 23-də Bakıda baş tutan “İnter” - “Hafnarfyordur” qarşılaşmasında 4-cü hakim kimi iştirak edib.

 

Ancaq bu hakim azarkeşlərin futbol ictimaiyyətinin yaddaşında daha fərqli oyunla qalıb. Ötən mövsüm Çempionlar Liqasında keçirilən "Qarabağ" - "Zalsburq" matçını idarə edən ukraynalı referi Admir Teli və Reynaldo Silvanı meydandan qovmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər