"Space" kanalında yayımlanan "Qol" verilişinin növbəti buraxılışı bu gecə efirə çıxacaq. Fanat.az xəbər verir ki, proqramın qonaqları Mahmud Qurbanov, Əli Sahib və Rüstəm Piriyev olacaq.
* Rəşad Sadiqov əslində nəyə görə əsas heyətdən kənarlaşdırılıb?
* "Neftçi" rəhbərliyi onu bağışlayacaqmı?
* Son vaxtlar "Qəbələ"də baş verənlər. Komandanın uğursuzluğunun səbəblərini meydandan kənarda axtarmaq lazımdırmı?
* Yuri Syominin istefası gündəmdə!
* Əlisahib Əliyev: "Rəşad Sadiqovun bəlkə də psixoloji problemləri olub"
* Rüstəm Piriyev: "Böyük oyunda Mahir Şükürovun liderlik keyfiyyətlərinə güvənmirəm"...
Bütün bunlar bu gecə 00.10-da "Qol"da.
Fanat.az