Rəşad Sadiqov: "...davamını gətirməliyik"

Rəşad Sadiqov: "...davamını gətirməliyik"
"Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum. Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra "Neftçi"də hazırlığa başlayacağam". Fanat.az xəbər verir ki, bu sözləri Rəşad Sadiqov deyib.
Zədə səbəbindən millidən kənarlaşdırılan "Neftçi"nin kapitanı komandanın Estoniyada uğur qazanacağına inanır: "Estoniya ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək. Rəqibimiz yetərincə ciddidi və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər