Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Hatayspor” - “Sivasspor” matçında heç-heçə qeydə alınıb. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 65 dəqiqə mübarizə aparıb.
“Antalyaspor” - “İstanbulspor” matçında da qalib müəyyənləşməyib.
“Rizəspor”un qonağı olan “Fənərbağça” isə əzmkar qələbəyə sevinib.
Türkiyə Super Liqası 26-cı tur 16 fevral
Kasımpaşa – Fatih Karagümrük 1:1 Qollar: Da Kosta, 11 – Eysserik, 38.
17 fevral
Antalyaspor – İstanbulspor 2:2 Qollar: Buksa, 14; 16 – E.Gedikli, 75. Laurentino, 90+9.
Hatayspor – Sivasspor 1:1 Qollar: Budjema, 75 – Manay, 17.
Rizəspor – Fənərbağça 1:3 Qollar: Minçev, 27 – S.Dursun, 48. Dzeko, 65. İ.C.Kahveci, 90+3.
18 fevral
14:30. Alanyaspor – Adana Dəmirspor 17:00. Qaziantep – Samsunspor 17:00. Pendikspor – Trabzonspor 20:00. Ankaragücü – Qalatasaray
19 fevral
21:00. Başakşəhər – Kayserispor 21:00. Beşiktaş - Konyaspor