Rəfiyev onu "Sumqayıt"a səsləsə də...

Rəfiyev onu "Sumqayıt"a səsləsə də...

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin "Turan Tovuz"un formasını geyinən Ayxan Quseynovu rəhbərlik etdiyi kluba səsləsə də, onun istəyinə çatacağı real görünmür.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov  "Zenit"in  23 yaşlı yetirməsinin komandada qalmasını vacib sayır.

Bölgə təmsilçisi ilə yeni 3 illik müqavilə bağlayan Abbasov artıq adaşı ilə görüşərək mövcud durumla bağlı söhbət edib və ona güvəndiyini diqqətinə çatdırıb. Bu görüşdən sonra "Turan Tovuz"la yeni sözləşmə imzalayacağı halda, daha çox qazanacağını da anlayan Quseynovun iş yerini dəyişmək  ehtimalı aşağı düşüb. Xüsusi nəsə baş verməsə, azarkeşlər sözügedən oyunçunu növbəti mövsümdə də tovuzluların sıralarında görəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər