"Real"ın müdafiəçisi, Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi "İnter"ə keçmək üzrədi.
Fanat.Az jurnalist Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, transfer "İnter"ə 40 milyon avroya başa gələcək. 5 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub. Bu gün transferlə bağlı yekun qərarın veriləcəyi bildirilir.
"Mançester Siti" və "Bavariya" da Hakiminin xidmətində maraqlıdılar. Mənbənin məlumatına görə, hər iki klub "Real"a 60 milyon avro ödəməyə hazır olsa da, mərakeşli futbolçu "İnter"də oynamağa üstünlük verib.
Cari mövsümdə Bundesliqada 32 matçda meydana çıxan Hakiminin aktivində 5 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az