"Real", "Bavariya" və "İnter" Birlik Kubokunda iştirak edəcəklər

"Real", "Bavariya" və "İnter" Birlik Kubokunda iştirak edəcəklər
"İnter" xeyriyyə məqsədli turnir keçiriləcəyini açıqlayıb.
Fanat.Az klub saytına istinadən xəbər verir ki, 2021-ci ilə planlaşdırılan yarış Birlik Kuboku adlanacaq. Turnirdə "İnter"lə yanaşı, "Bavariya" və "Real" iştirak edəcək.
"İnter" - "Bavariya" oyununun Milanda, "Real" - "İnter" matçının Madriddə, "Bavariya" - "Real" görüşünün isə Monakoda keçiriləcəyi bildirilib.
Klubların dəqiq təqvimi bəlli olduqdan sonra sözügedən qarşılaşmaların oynanılacağı tarixlər açıqlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər