Rayneri Mourinyonun rekordunu yenilədi

Rayneri Mourinyonun rekordunu yenilədi

"Lester Siti"ni tarixində ilk dəfə çempion edən klubun baş məşqçisi Klaudio Ranyeri yeni rekorda imza atıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis buna komandasını 294 günə çempion etməklə nail olub. 

Bununla da, o "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyonun Premyer Liqa rekordunu yeniləyib. Portuqaliyalı mütəxəssisin komandası 2004/2005 mövsümündə 332-ci gündə çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Lester Siti" Ranyerinin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqanın qalibi olub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər