Rauf Əliyev: "Neftçi" çox zəif oynadı"

Rauf Əliyev: "Neftçi" çox zəif oynadı"
"İlk hissədə məğlub duruma düşdük və 10 nəfərlə qaldıq. Ancaq uşaqlar ikinci hissədə yaxşı oyun nümayiş etdirdilər. Mübarizə apardılar və qol vurduq". Fanat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin futbolçusu Rauf Əliyev deyib.
Topaz Premyer Liqasının XXXII turunda "Sumqayıt"la ev oyununda 2:2 hesabı ilə bitən matçda səhvlərə yol verdiklərini bildirən hücumçu oyuna 3 xal üçün çıxdıqlarını söyləyib: "Çünki "Qəbələ" ilə 3-cü yer üçün mübarizə aparırıq. "Neftçi" çox zəif oynadı. Arxa xətdə səhvlərə yol verdik. Komanda qollar vurur, amma müdafiədə səhvlər olur".
Bir müddət xəstəlik səbəbindən yaşıl meydanlardan uzaq qalan 26 yaşlı futbolçu artıq 4-5 gündü məşqlərə başladığını qeyd edib: "Dünən oyun üçün fiziki məşqlər etdim. Çalışacağam ki, formaya düşüm. Bura gələndən az şans qazana bildim. Xəstələndim, hər şey üst-üstə gəldi. Ancaq oynasam, daha çox şans qazanacağam".
"Milli komandanın baş məşqçisi Robert Prosineçkinin "Neftçi"də milliyə layiq futbolçu yoxdu" sözlərinə isə Əliyev şərh vermək istəməyib: "Baş məşqçinin seçiminə şərh vermək istəmirəm. İndi əsas işim formamı bərpa etməkdi. Kimin nə dediyi məni maraqlandırmır".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər