Rauf Əliyev "Neftçi" - "Qarabağ" oyunundan nə gözləyir? - AÇIQLAMA

Rauf Əliyev "Neftçi" - "Qarabağ" oyunundan nə gözləyir? - AÇIQLAMA

Mİsli Premyer Liqasının IX turu çərçivəsində "Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək.

Millinin sabiq futbolçusu, həm "Qarabağ", həm də "Neftçi" nin  formasını geyinmiş Rauf Əliyevlə əlaqə saxlayıb oyunla bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" və "Neftçi"nin oyunları həmişə daha maraqlı olur. Deməki olar ki, əzəli rəqiblərdir. Bu gün "Qarabağ" əsas heyəti ilə oynamaya bilər. Çünki bir neçə gün əvvəl Avropa Liqasının qrupunda vacib oyun keçiriblər. Qurban Qurbanovun müəyyən rotasiyalar etməsi mümkündür. "Neftçi"nin vəziyyəti bu yay yenidən qurulduğuna görə yaxşı deyil. Komanda hələ tam oyununu tapmayıb. Ümid edirəm ki, yenə də yaxşı oyun izləyəcəyik".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər