Rasim Ramaldanov rəsmən "Sumqayıt"da

Rasim Ramaldanov rəsmən "Sumqayıt"da
“Sumqayıt” növbəti transferini həyata keçirib. Fanat.az xəbər verir ki, komanda yığmamızın sabiq üzvü Rasim Ramaldanovla güclənib. 
30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Ramaldanov yeni klubunda 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rasim Ramaldanov "Simurq" (87 oyun, 2 qol) və "Xəzər Lənkəran"ın (51 oyun, 1 qol) formalarını geyinib. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər