"Kubokun püşkatmasında yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilib. Belə ki, 1-ci səbətdə olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər qarşılaşacaq". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Museyev deyib.
Musayev Azərbaycan Super Kubokunun keçirilmə tarixi və yerinin müəyyənləşdiyini bildirib: "Azərbaycan Super Kuboku uğrunda oyun oktyabrın 23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdi. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” - “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var".