Rahid Əmirquliyev seçim qarşısında: "Qarabağ", yoxsa "Qəbələ"

Rahid Əmirquliyev seçim qarşısında: "Qarabağ", yoxsa "Qəbələ"

"Xəzər Lənkəran"da yarpaq tökümü davam edir. Legionerlərin tərk etdiyi komandadan təcrübəli yerli futbolçular da ayrılmaqdadı. Sportline.az xəbər verir ki, kapitan Rahid Əmirquliyev də ilin sonunda "Xəzər Lənkəran"la yollarını ayıracaq. 

Milli komandanın yarımmüdafiəçisi seçim qarşısındadı. Onun karyerasını "Qarabağ" və ya "Qəbələ"də davam etdirəcəyi bildirilir. "Xəzər Lənkəran" klubundan verilən məlumata görə, Rahidin yerli komandalarla yanaşı, adı hələlik açıqlanmayan Avropa klubundan da təklifi var.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2006-cı ildən "Xəzər Lənkəran"ın uğurları üçün çalışır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər