“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür - FOTOLAR

“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür - FOTOLAR

Qadınlardan ibarət “Rabitə” voleybol komandasının tarixi qələbəsindən 10 il ötür.

Fanat.Az xəbər verir ki, 2011-ci ilin bu günü qadınlardan ibarət “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi olub.

Finalda Türkiyənin “Vakıfbank TT” komandasını 3:0 hesabı ilə məğlub edən serb Zoran Qayiçin rəhbərlik etdiyi komanda voleybol tariximizin ən böyük uğuruna imza atıb.

Hazırda tarixin yaddaşına qovuşan “Rabitə” komandasının çempion heyəti: Natalya Məmmədova, Mira Qoluboviç, Pelin Çelik, İrina Jukova, Sanja Staroviç, Keti Radzuveyt, Nataşa Osmorkoviç, Silviya Popoviç, Yasna Maystroviç, Nataşa Krsmanoviç, Mədinə Əliyeva, Dobriana Rabadziyeva

Klub rəsmiləri: Cəlil Cəfərov (prezident), Nəsimi Musayev (baş menecer), Şamil Qəmbərov (direktor), Şahlar Məmmədov (menecer), Eldar Yusubov (köməkçi məşqçi), Mərdan Vəliyev (həkim), Darko Stamatoviç (terapevt), İlqar İmamquliyev (jurnalist)

“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür - FOTOLAR“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür - FOTOLAR

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər