"Zalsburq" "Malmö"yə, "Beşiktaş" "Arsenal"a rəqib oldu

"Zalsburq" "Malmö"yə, "Beşiktaş" "Arsenal"a rəqib oldu
Bu gün Çempionlar Liqasının play-off mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə 10 cütlük müəyyənləşib.
"Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Avstriyanın "Zalsburq" klubu İsveç "Malmö"sünə rəqib olub. "Beşiktaş"ın bəxti gətirməyib. Belə ki, "Qara Qartal"ın bəxtinə bu mərhələnin ən güclü komandası hesab olunan London "Arsenal"ı çıxıb. Rusiya "Zenit"i isə Belçikanın "Standard" klubuna rəqib olub.
Çempionlar Liqası
Play-off mərhələsi
19-20 və 26-27 avqust
Maribor (Sloveniya) - Seltik (Şotlandiya) 
Zalsburq (Avstriya) - Malmö (İsveç)
Olborq (Danimarka) - APOEL (Cənubi Kipr)
Styaua (Rumıniya) - Ludoqorets (Bolqarıstan)
Slovan (Slovakiya) - BATE (Belarus)
Beşiktaş (Türkiyə) - Arsenal (İngiltərə)
Standard (Belçika) - Zenit (Rusiya)
Kopenhagen (Danimarka) - Bayer (Almaniya)
Lill (Fransa) - Portu (Portuqaliya)
Atletik (İspaniya) - Napoli (İtaliya)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər