"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

"Yuventus" rəhbərliyi "Portu"dan icarəyə götürdükləri cinah hücumçusu Fransişku Konseysau ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Turin təmsilçisinin 22 yaşlı vingerin transfer hüquqlarına yiyələnmək niyyətində olmadığını vurğulayıb. Bu isə o deməkdir ki, sözügedən futbolçu cari mövsümün sonunda Portuqaliya klubunun sıralarına dönəcək.

Qeyd edək ki, 22 yaşlı Konseysau bu mövsüm A Seriyasında 24 matça çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, "Yuventus" forması ilə UEFA Çempionlar Liqasında 9 oyun keçirərək 1 qol və 1 assistlə də diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər