"Yuventus" portuqaliyalı müdafiəçinin keçidini açıqladı

"Yuventus" portuqaliyalı müdafiəçinin keçidini açıqladı

"Çelsi"nin və Portuqaliya millisinin müdafiəçisi Renatu Veyqa "Yuventus"a keçib.

Fanat.Az xəbər verir ki, məlumatı Turin nəhənginin mətbuat xidməti yayıb. 

İtaliya klubu futbolçunun 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.

21 yaşlı Veyqa “qoca sinyora”nın heyətində 12 nömrəli formanı geyinəcək.

Veyqa keçən yay "Bazel"dən "Çelsi"yə transfer edilib. Mərkəz müdafiəçisi London təmsilçisində 18 oyun keçirib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər