"Coca-Cola U-13 Liqa"nın 2013/14 mövsümünün finalçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, yarımfinal mərhələsinin oyunları AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilib.
"Neftçi" və "Qəbələ" komandalarının oyununda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən "Qəbələ" 4:3 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər yarımfinal qarşılaşmasında "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edən "Neftçi İSM-Siyəzən" komandası finala yüksəlib.
Fanat.az