2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ötən mövsümün ikinci yarısını "Xəzər Lənkəran"da keçirmiş Vaquf Güləliyevi heyətinə qatıb.
23 yaşlı futbolçu 2 illik sazişə imza atıb.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə Fərhad Vəliyev, Kamran Abdullazadə, Ruslan Tağızadə, Əli Həsənli, Mirabdulla Abbasov, Rail Məlikov və Vadim Abdullayevi transfer edib.
Fanat.az