Milli komandamızın AVRO-2016 nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada yaranan fasilə başa çatır. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran” aprelin ilk günündə doğma meydanda “Sumqayıt”ı qonaq edəcək.
Komanda artıq bir neçə gündü ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir. Hazırda Ruslan Cəfərov istisna olmaqla heyətdə zədəli futbolçu yoxdu. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir.
Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək “Xəzər Lənkəran” daha sonra oyun saatını gözləyəcək.
Fanat.az