"Xəzər Lənkəran"la bağlı maraqlı məlumat yayılıb. Fanat.a rekord.az-a istinadən xəbər verir ki, Lənkəran klubu "Qalatasaray"In sabiq futbolçusu, eyni zamanda bir müddət "Bakı"da da forma geyinmiş Ferdi Elması transfer etmək istəyir.
Deyilənə görə, bu transferi baş məşqçi Oğuz Çətin də istəyir. Çox maraqlıdı ki, Ferdi Elmas özü də "Xəzər Lənkəran" variantının mümkünlüyünü etiraf edib: "Bəli, "Xəzər Lənkəran"a keçmək variantım hələ də qalır. Lakin bunun 100 faiz baş tutacağını deyə bilmərəm. Çünki hazırda Almaniyadayam və II Bundesliqa klublarından da mənimlə maraqlannalar var. Hər şey danışılardan aslı olacaq. Özüm də yenidən Azərbaycanda oynamaq istərdim. Baxaq görək, necə olacaq".
Fanat.az