Premyer Liqanın XXVIII turunda səfərdə əzəli rəqibi “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” doğma şəhəri tərk edib. Fanat.az xəbər verir ki, komanda dünən saat 11.00-da Lənkəran şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Bir saatdan çox sürən hazırlıq prossesində zədəli futbolçular yüngül qaçışla kifayətləniblər. Məşqin ardından bazaya dönən komanda günorta yeməyindən sonra doğma şəhəri tərk edərək paytaxta yola düşüb. Bakıya çataraq “Modern” otelində məskunlaşan “Xəzər Lənkəran” bu gün “Böyük oyun” öncəsi ilk məşqini keçirəcək.
12cioyuncu.info