"Xəzər Lənkəran" - "Neftçi" matçının stadionu FANAT.AZ-da!

"Xəzər Lənkəran" - "Neftçi" matçının stadionu FANAT.AZ-da!

"Xəzər Lənkəran" - "Neftçi" matçının keçiriləcəyi stadion müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

Bütün variantları götür-qoy edən "Xəzər Lənkəran" rəhbərliyi sonda Mərdəkandakı stadionu seçib. 

Qeyd edək ki, noyabrın 24-də baş tutmalı olan "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı Lənkəran şəhər stadionunun ot örtüyü hələ hazır olmadığından qeyri-müəyyənlik yaranmışdı. "Xəzər Lənkəran" bir neçə gün əvvəl "Neftçi"yə müraciət edərək oyunun "Bakcell Arena"da keçilməsini və paytaxt klubunun ev sahibi olmasını istəmişdi. Lakin "Neftçi"nin bu müraciətə cavabı mənfi oldu. "Ağ-qaralar" həmçinin İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunuda əzəli rəqiblərinə təklif etmişdilər. "Xəzər Lənkəran" tərəfi də bu təkliflə razılaşmamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər