"Xəzər Lənkəran" - "Neftçi" matçına daha 2 təyinat - "Böyük oyun"

"Xəzər Lənkəran" - "Neftçi" matçına daha 2 təyinat - "Böyük oyun"

"Xəzər Lənkəran" - "Neftçi" oyununun qalan təyinatları da açıqlanıb. Fanat.az xəbər verir ki, "Böyük oyun"un hakim-inspektoru və AFFA nümayəndəsi müəyyənləşib.

Hakimlərin işinə Füzuli Nəcəfov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi isə Maşallah Əhmədov olacaq.

Qeyd edək ki, "Böyük oyun"un baş hakimi Rəhim Həsənovdu. FIFA referisinə Yaşar Abbasovla Namiq Hüseynov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Feyzulla Feyzullayev yerinə yetirəcək. Vüsal Əliyevlə Elvin Əsgərov isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər