"Xəzər Lənkəran"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, təmsilçimiz Sloveniyada Rusiyanın "Arsenal" klubu ilə qarşılaşacaq.
Bu barədə Tula klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşma iyulun 27-də baş tutacaq. Matçın saatı hələ bəlli deyil.
Qeyd edək ki, "Arsenal" klubu 1946-cı ildə yaradılıb. Klub indiyədək "Zenit", "Trud", "Şaxtyor", "Metallurq", "Maşınostroitel" və TOZ adlarını daşıyıb. 2013/14 mövmüsündə I divizionda 2-ci pilləni tutan komanda Rusiya Premyer Liqasına vəsiqə qazanıb.
Fanat.az