"Xəzər Lənkəran" "Arsenal"a qarşı

"Xəzər Lənkəran" "Arsenal"a qarşı
Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün son yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin yetirmələrini Rusiyanın "Arsenal" (Tula) klubu ilə oyunda sınayacaq.
Qarşılaşma Bakovise qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21.00-da çalınacaq.
Qeyd edək ki, "Arsenal" klubu 1946-cı ildə yaradılıb. Klub indiyədək "Zenit", "Trud", "Şaxtyor", "Metallurq", "Maşınostroitel" və TOZ adlarını daşıyıb. 2013/14 mövmüsündə I divizionda 2-ci pilləni tutan komanda Rusiya Premyer Liqasına vəsiqə qazanıb. Dmitri Aleniçevin baş məşqçilik etdiyi komandada Çernoqoriyadan bir legioner çıxış edir.
"Xəzər Lənkəran" Ərzurum toplanışı zamanı yoxluma oyunu keçirməyib. Komanda Sloveniyada bundan əvvəl 3 matça çıxıb. Ukraynanın "Karpatı" klubunu 2:1, Latviya "Yurmala"sını 3:1 hesabı ilə yenən lənkəranlılar Serbiya "Rad"ı ilə sülh bağlayıb - 2:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər