"Vəziyyətimiz "Qəbələ" ilə oyundan asılıdı"

"Vəziyyətimiz "Qəbələ" ilə oyundan asılıdı"

Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasında "Qəbələ" ilə Bakıda keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir lki, 49 yaşlı mütəxəssis qarşılaşmanı ilin həlledici görüşü adlandırıb: 

"Başa düşürük ki, qrupdakı vəziyyətimiz bu oyundan asılıdı. Ümid edirik ki, bütün futbolçularımız sağlam olacaq, habelə, oyuna psixoloji cəhətdən yaxşı yanaşacaqlar". 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək C qrupunun son tur matçı saat 22.00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər