"Uduzsalar, Naxçıvana qayıtmasınlar"- TƏQDİMAT

"Uduzsalar, Naxçıvana qayıtmasınlar"- TƏQDİMAT

Mayın 26-da startı veriləcək Naxçıvan kubokunun təqdimat mərasimi keçirilib. Fanat.Az xəbər verir ki, mərasimdə Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov və PFL prezidenti Ramin Musayev iştirak edib.

Öncə nazir, ardınca PFL başqanı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablayıb.

Azad bəy kubok haqda bunları söyləyib: "Bildiyiniz kimi hər ilümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mədəni idman tədbirləri keçirirlir. Tədbirlər mayın 21-dən başlayacaq. Sevindirici haldı ki, kubokun finalıburda keçiriləcək. Bilirsiz ki, HeydərƏliyev hakimiyyətə qayıdandan sonra idmana diqqət və qayğı artırılıb. Naxçıvanda iki Olimpiya kompleksi və müxtəlif idman idarələri fəaliyyət göstərir. "Araz Naxçıvan" ölkədaxiliçempionatda iştirak edir. 
İkinci dəfə futbol üzrə Heydər Əliyev kuboku keçiriləcək. Bu futbol bramının keçirilməsi münasibətilə PFL, idman ictimaiyyəti və siz jurnalistlərə təşəkkür edirəm. Kubokun finalında iştirak edən hər iki komandaya uğurlar arzulayıram. Arzulayıram ki, bizi avrokuboklarda layiqincə təmsil etsin"
Ramin Musayev isə bunları söyləyib: "Azad müəllimin bütün dedikləri ilə şərikəm. Sevindiricihaldı ki, bu gün Naxçıvanda futboldan başqa idman növləri də keçirilir. Güləş, Ağır Atlrtika Federasiyası fəaliyyətlərini burda da davam etdirirlər. Demək olar bütün idman növləri var.
Çox suallar verildi ki, niyə kubok Naxçıvana salındı. Mən də sual verirəm. Niyə keçirməyək? "Qarabağ", həm də "Qəbələ"nin legionerləri bu gözəl guşəni görməmişdilər. "Qəbələ"nin baş məşqçisi ağızdolusu danışdı.

İnşallah bu gün kim güclüdüsə qalib gələcək. Udan da sağ olsun, uduzan da. Sizdə sağ olun ki, bura gəldiz. mayın 26-da Heydər Əliyevin xatirsinə kubok yarışları keçiriləcək. Ola bilsin xaricdən də gələn olsun. Birinci diviziondan da gəlmək istəyən var. Həm də havanızı dəyişin, işıqlandırın Naxçıvanı. Gözəl Duzdağı var, gəzin. Qoyun hamı görsün bu gözəl yerlərini görsünlər".

- Azad müəllim olmazmı ki, Naxçıvanın təmsilçisi elitada oynasın?

- Çempionatın arasına salınsa, tarix dəyişəcək. Çünki bu çempionat hər il ulu öndərin xatirəsinə həsr olunacaq. O zaman əhəmiyyətini itirir. İkinci suala gəlincə, biz idmanın kütləviliyinə üstünlük veririk. Uşaq yetişməsə futbol da olmaz. Futbol meydançaları inşa olunandan və gənclərin istifadəsinə veriləndən sonra daha yüksək səviyyədə fikirləşəcəyik.

- Qeyd etdiyiniz komandalar Naxçıvan daxilində oynayır. Olmaz ki, onlara da Avropaya getmək üçün lisenziya verilsin?

- R.M. Avropa səviyyəsi elədi ki, orda Azərbaycan komandası layiqli təmsil etməlidi. Gözəl təklifdi, Neonda "Qarabağ"ın adı səslənəndə bütün dünya eşitdi. Hamı bildi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidi. Mənə də xoş olar ki, Naxçıvanın da adıı Neonda səslənsin. Amma komanda səviyyəsi olmalıdı. Gəlin görək səviyyə ona imkan verirmi? Naxçıvanda oynayan komandalarımız Avropa səviyyəli olarsa, mümkündü ki, məsələn, pley-off oyunu keçirilə və lisenziya verilə. Amma reallıq başqadı. Sizə asan gəlməsin. Onlar gedib uduzsalar, gərək Naxçıvana qayıtmasınlar (gülür).

- Əcnəbi hakimlərin də dəvət olunmasına necə baxırsız? Neçə stadion hazırdı.

- R.M. Hansınız deyə bilərsiz bizim hakimlərdən yaxşısı var? Özümüzünkülərə şükür. ÇL_də 3 dənəofsayddan qolvurulur hamı əl çalır. Bizdə rüşvətdən, qərəzdən söhbət gedə bilməz. Sadəcə təzyiq olanda insan özünü itirir. Ona görə deyirəm ki, gəlin sərbəstlik verək. Təzyiq olmayanda hakim oyunu sərbəst idarə edir, sıxılmır. Ona görə də əlehinəyəm. Amma xaricdən gələn komandalar ola bilər.

- A.C. Artıq 4 stadion hazırdı. PFL baxıb qərar verəcək. Bütün şərait yaradılıb, yəqin ki, 2-3 stadiondan istifadə edə bilər.

- Kubok neçəyə başa gəldi? Turnirin ümumi büdcəsi nə qədərdi?

- A.C. Bir o qədər bahalı və ucuz da deyil (gülür). Amma Heydər Əliyevin xatirəsinə həsr olunubsa, deməli, yaxşı təşkil edilməlidi. Qiymət biznes sirridi (gülür).

- R.M. Turnirin büdcəsi? Bizi onun maddi tərəfləri düşündürmür. Bu keçirilməlidi. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər