"Turan" finalda!

"Turan" finalda!

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir finalçının adına aydınlıq gəlib.

Fanat.Az-ın məlumatına görə, yarımfinalda "Gəncə" yə rəqib olan "Turan" səfərdə olduğu kimi, Tovuzda da 3:0 hesabı ilə qalib gələrək həlledici oyuna vəsiqə əldə edib. 

Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda finalda "DH Volley" ilə üz-üzə gələcək.    Kubokun sahibi 19 apreldə Bakıda bəlli olacaq. Medal uğrunda həlledici final və üçüncülük matçları isə cəmi bir oyundan ibarət olacaq. Finalda qalib gəlib-gəlməməsindən asılı olmayaraq,  "Turan" artıq avrokuboka vəsiqəni rəsmiləşdirib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər