"Turan" Azərbaycan Yüksək Liqasının qalibi oldu

"Turan" Azərbaycan Yüksək Liqasının qalibi oldu

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.

Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib. 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər