"Turan Tovuz"un hazırlıq planları açıqlandı

"Turan Tovuz"un hazırlıq planları açıqlandı

Misli Premyer Liqasının (MPL) 11-ci turunda səfərdə "Zirə" ilə qolsuz bərabərliyə razılaşan "Turan Tovuz"un millilərin oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə edəcəyi bəlli olub.

Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib:

"Zirə" ilə oyundan sonra bir neçə gün istirahət edən komanda dünən məşqlərə başlayıb. Sınaq qarşılaşması nəzərdə tutulmayıb. Növbəti oyunun hazırlıqları Hünər təlim-məşq bazasında adi qaydada davam etdiriləcək".

Qeyd edək ki, "Turan Tovuz" MPL-in 12-ci turunda "Araz-Naxçıvan"ın qonağı olacaq. Naxçıvan komandasının sığındığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma noyabrın 22-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər