"Turan Tovuz" "Neftçi" ilə oyuna 5 itki ilə çıxacaq - ADLAR

"Turan Tovuz" "Neftçi" ilə oyuna 5 itki ilə çıxacaq - ADLAR

Misli Premyer Liqasının 34-cü turu çərçivəsində bu gün "Neftçi"ni qonaq edəcək "Turan Tovuz" oyuna ciddi itkilərlə çıxacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisinin heyətində 5 itki var.

Ötən tur "Zirə" ilə oyunu cəzaya görə buraxan Alexandro Serrano sıraya dönsə də, əvəzində Ayxan Hüseynov eyni səbəbdən bakılılarla görüşdə iştirak etməyəcək. Bundan başqa, Kurban Berdiyev 4 zədəli futbolçunun xidmətindən məhrumdur. Mövsümü erkən bitirən Denis Marandiçidən başqa, Rüfət Əhmədov, Şəhriyar Əliyev və Joarlem Santos da zədə səbəbindən "Neftçi"yə qarşı matçda olmayacaqlar".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşmasının 10 mayda Tovuz şəhər stadionunda baş tutacaq və start fiti 19:30-da səsləndiriləcək. 33 tura 49 xal toplayan "Turan Tovuz" turnir cədvəlinin 4-cü, 37 xalı olan "Neftçi" isə 6-cı pilləsində mövqe tutublar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər