"Liverpul"un sabiq futbolçusu Qlen Conson "qırmızılar"ın müdafiəçisi Trent Aleksander-Arnoldun komandanı tərk edtmək ehtimalına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mirror" belə çatdırıb:
"Hər şeyin qaydasında olacağını düşünürəm. Trent yerli oğlandır. O, artıq 20 ildir ki, klubdadır və buradan pis notlarla ayrılmayacaq. Amma reallıq budur ki, ona dəyəri ilə uzlaşmayan şərtlər təklif edisə, Trent klubdan gedəcək və bu, "Liverpul"un günahı olacaq. Belədə, azarkeşlər də Aleksander-Arnoldun seçimi ilə razılaşacaqlar.
Xatırladaq ki, sözügedən futbolçunun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat