"Traktorsazi"nin futbolçusu "Sumqayıt"da

"Traktorsazi"nin futbolçusu "Sumqayıt"da

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" düşərgəyə yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, bu, "Traktorsazi"nin üzvü İbrahim Abdunicatdı.

Təbriz klubundan baxışa cəlb edilən gənc hücumçu "kimyaçılar"ın heyətində ilk matçına da çıxıb. Belə ki, hazırlıq matçı çərçivəsində Səudiyyə Ərəbistanının "Al Khaleej" klubu ilə keçirilən oyunda meydana çıxan 22 Abdunicat "Sumqayıt"ın yeganə qoluna imza atıb.

Onunla bağlı yekun qərarı məşqçilər korpusu verəcək.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər