"Traktor" liderliyi ələ keçirdi

"Traktor" liderliyi ələ keçirdi

İran çempionatında 15-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti oyununa çıxıb.

Təbriz klubu tur çərçivəsində "İstiqlal Xuzestan"la qarşılaşıb. Oyun "Traktor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanının Heyətində Mehdi Şiri, Məhəmməd Nadiri və Tomislav Strkalj fərqlənib.

"Traktor"un çempionluq uğrunda əsas rəqibi sayılan və bu tura qədər lider olan "Sepahan" isə "İstiqlal"la oyunda xal itirib - 1:1.

Bu nəticədən sonra xallarını 32-ə çatdıran "Traktor" yenidən liderliyə yüksəlib. İkinci pillədə olan "Sepahan" da eyni xala malikdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər