"Sumqayıt"ın Müşahidə Şurası toplaşdı

"Sumqayıt"ın Müşahidə Şurası toplaşdı

Martın 9-da "Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, görüşdə müxtəlif mövzulara toxunulub və bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxarılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da verib.

Klub digər komandaların da bu məsələyə diqqətlə yanaşmasını tövsiyə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər