"Sumqayıt"ın Müşahidə Şurası toplandı - FOTOLAR

"Sumqayıt"ın Müşahidə Şurası toplandı - FOTOLAR

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul olunmuşdu. Ölkə çempionatında çıxış edən klublar arasında Muşahidə Şurası ilk olaraq məhz "Sumqayıt"da yaradılmışdı.

Fanat.az xəbər verir ki, bu gün klubun baş sponsoru "Azərikimya" İstehsalat Birliyinin inzibati binasında Müşahidə Şurasının növbəti iclası baş tutub. 

Tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib. 

İclasda klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub. Müşahidə Şurasının növbəti iclasının 2014/15 mövsümünün sonunda baş tutması planlaşdırılır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər