"Sumqayıt"dan "Qarabağ"a 5 qol

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

Əvəzedici heyətlərin ölkə birinciliyində VI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

"Sumqayıt" səfərdə "Qarabağ"a qalib gəlib - 5:1. "Səbail" isə doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun "Qəbələ" - "Neftçi" oyunu sabah keçiriləcək. "Zirə" - "İnter" oyunu isə təxirə salınıb.

Qarabağ - Sumqayıt 1:5

Qollar: Salman Cəfərov, 33 - Ehtiram Şahverdiyev, 6. Ramil Həsənov, 29. Süleyman Piriyev, 31. İbrahim Qədirzadə, 51 (avtoqol). Fərid Kərimzadə, 70.

Səbail - Kəpəz 2:1

Qollar: Aqşin Hüseynov, 21. Murtuz Abakarov, 63 - Eltac Mirzəyev, 41.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər