"Sumqayıt"dan günün ikinci rəsmi transferi

"Sumqayıt"dan günün ikinci rəsmi transferi

Transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, son olaraq "Giresunspor"da çıxış etmiş Ayaz Mehdiyevlə 2 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu 25 nömrəli formanı geyinəcək.

Bu "Sumqayıt"ın bu gün rəsmiləşdirdiyi ikinci transfer olub. Premyer Liqa klubu bundan əvvəl Elnur Abdulovla müqavilə imzalamışdı. "Sumqayıt" bu yay həmçinin Ağabala Ramazanov (Xəzər Lənkəran), Nuran Qurbanov (Bakı) və Emin Mehdiyevi (Neftçi) də heyətinə qatıb.

"Giresunspor"u tərk edərək vətənə dönən Ayaz Mehdiyev bir müddət əvvəl AZAL-a keçsə də, Bakı klubundakı maliyyə problemləri səbəbindən müqaviləsini pozmalı olmuşdu. 22 yaşlı yarımmüdafiəçi əvvəllər "Rəvan"ın formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər