Topaz Premyer Liqasının III dövrəsinə "İnter"lə heç-heçə ilə başlayan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Fanat.az xəbər verir ki, komanda bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır. Baş məşqçi Aqil Məmmədov əvəzedici komandadan 2 futbolçu - Ramil Orucov və Aqil Güləhmədovu əsas heyətə cəlb edib.
Qeyd edək ki, "Sumqayıt" növbəti turda istirahət edəcək.
Fanat.az